CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şabrandakı intiharın təfərrüatları üzə çıxdı

© Sputnik / Rahim MuradovMasallı rayon Polis Şöbəsinin növbətçi hissəsi
Masallı rayon Polis Şöbəsinin növbətçi hissəsi - Sputnik Azərbaycan
Abunə olmaq
20 gün öncə intihar edən şəxs barədə yeni məlumatlar üzə çıxıb

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 13 avqust — Sputnik. Dünən Şabran şəhərində meyiti tapılan şəxs 20 gün öncə özünü öldürüb.

Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, Şabran  şəhərində, yaşayış olmayan tikilidə özünü asmış naməlum şəxsin kimliyi məlum olub. Bu, Xaçmazın Şıxlar kənd sakini, 46 yaşlı Səyavuş İkram oğlu Əsədullayevdir. Onun təxminən 20 gün əvvəl bu tikilidə özünü asdığı ehtimal edilir. S.Əsədullayevin meyitinin iylənməsi nəticəsində aşkar olunduğu deyilir.

Post Patrul Xidmətinin avtomobilləri, arxiv şəkli - Sputnik Azərbaycan
HADİSƏ
Şabranda gəlin azyaşlı baldızını götürərək evdən qaçıb

1973-cü il təvəllüdlü Səyavuş Əsədullayevin bacısı Şabranda yaşayır. Onun bacısıgilə gələndən sonra özünü öldürdüyü deyilir. Mərhum fiziki qüsurlu olub, danışa bilmirmiş. Bir övladı olan Səyavuşun ailəsindən boşandığı da məlum olub. Onun xəstəlik və ya ailəsindən boşanması səbəbindən intihar etdiyi ehtimal edilir.

Şabran rayon Prokurorluğunda CM-nin 125-ci - özünü öldürmə həddinə çatdırma maddəsilə cinayət işi açılıb. Ölümün səbəbləri araşdırılır.

Qeyd edək ki, avqustun 8-də də Şabranın Padar kəndində 31 yaşlı, 2 uşaq atası Səbuhi İsimxanov özünü asmışdı.

Xəbər lenti
0