BAKI, 13 avqust — Sputnik. Avqustun 14-də Soçidə keçirilməsi nəzərdə tutulan Rusiya-Azərbaycan-İran sammiti bunun üçün uyğun bir vaxtda keçiriləcək.
Sputnik Azərbaycan RİA-Novosti-yə istinadən bildirir ki, bu barədə İran prezidenti administrasiyasının nümayəndəsi Pərviz İsmaili bildirib.
"İran, Rusiya və Azərbaycanın dövlət başçılarının görüşü bunun üçün daha münasib bir vaxtda keçiriləcək", - İsmaili deyib, ancaq üçtərəfli sammitin təxmini vaxtını açıqlamayıb.
Onun sözləri İran hökumətinin Telegram kanalında dərc edilib.
İsmaili həmçinin Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun görüşün "texniki səbəblərdən" təxirə salındığı bəyanatını təsdiqləyib.