BAKI, 13 avqust — Sputnik. Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı işdən çıxarılıb.
Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Baş Dövlət Yol Polisi İdarəsinin imtahan-qeydiyyat idarəsinin rəis müavini, polis polkovnik-leytenantı Müşfiq Rəhimov Daxili İşlər nazirinin adına yazdığı raport əsasında tutduğu vəzifədən azad edilərək Daxili İşlər Nazirliyinin sərəncamına götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya xəbəri təsdiqləyiblər.
Qeyd edək ki, ötən gün Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini Mübariz Şahbazov daxili işlər orqanlarında xidmət keçmənin son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.