BAKI, 13 avqust — Sputnik. Böyüklüyünə görə Türkiyənin birinci, Avropanınsa ikinci "şeytan çarxı" - "Antalyanın ürəyi" istifadəyə verilib.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Daily Sabah məlumat yayıb.
Heart of Antalya Bayramın 1. Günü açılıyormuş 👏🏻 pic.twitter.com/WZQEeGrfgt
— yüksek mühendis (@bgnc_) 7 августа 2019 г.
90 m hündürlükdəki müşahidə çarxı Antalyanın Konyaltı rayonunda, Aktur əyləncə parkında yerləşir. Buradan şəhərin mərkəzinə və Antalya körfəzinə möhtəşəm mənzərə açılır.
"Antalyanın ürəyi"ni hündürlüyünə görə ancaq Böyük Britaniyanın paytaxtılndakı "London göz"ü üstələyir.
#londoneye olsa beğenirdiniz ama bu #heartofantalya pic.twitter.com/xye16qX9YQ
— Sedence (@Sedence2) 10 августа 2019 г.
Çəkisi 400 ton olan "Antalyanın ürəyi" Çində hazırlanıb və iki ay boyunca dəniz yolu ilə Türkiyəyə gətirilib. Çarxın quraşdırılmasına 8 ay sərf olunub.
Türkiye'nin en büyük, Avrupa'nın 2. büyük dönme dolabı Antalya'yı kuş bakışı izleme imkanı sunuyor. 90 metre yükseklikte olan dönme dolap, turu 18 dk'da tamamlamaktadır.#SimdiAntalyaZamani #AntalyaNostalji pic.twitter.com/56AHKrqFAu
— Antalya Nostalji (@AntalyaNostalji) 12 августа 2019 г.
Çarxda dörd VİP və 42 havalandırılan adi kabinə var. Bir dövrü çarx 18 dəqiqəyə başa vurur. Biletlərin qiyməti 1 nəfər üçün adi kabinələrdə 30 lirə (5.4 dollar), VİP kabinələrdə isə 200 lirədir (36.4 dollar).