BAKI, 13 avqust - Sputnik. Bakının Sabunçu rayonunda avtobusun vurduğu piyada dünyasını dəyişib.
APA-nın məlumatına görə, Əmir Bağırov küçəsində 204 saylı xətt marşrutu üzrə hərəkət edən sərnişin avtobusunun vurduğu 17 yaşlı Fatimə Vəliyeva həkimlərin səyinə baxmayaraq, bu gün müalicə olunduğu 3 saylı Şəhər Klinik Xəstəxanasında keçinib.
Faktla bağlı cinayət işi başlanılıb.