SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Onlar axır ki, danışdılar - Qlobal məsələlər gündəmə gəldi

© REUTERS / Yuri GripasAğ Ev
Ağ Ev - Sputnik Azərbaycan
Abunə olmaq
Donald Trampla Boris Conson qlobal təhlükəsizliyi müzakirə ediblər

BAKI, 12 avqust - Sputnik. ABŞ prezidenti Donald Trampla Böyük Britaniyanın baş naziri Boris Conson arasında telefon danışığı olub.

"Report" xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Qeyd edilir ki, dövlət rəsmiləri iki ölkə arasındakı ticarət əlaqələrini və qlobal təhlükəsizlik məsələlərini müzakirə ediblər. Ağ Evdən bildirilib ki, Tramp qlobal problemlərin həllində sabit əməkdaşlığa görə Britaniyaya minnətdarlığını ifadə edib.

O, həmçinin yaxın gələcəkdə hər iki liderin görüşünə müvəffəq olacağına ümidi etdiyini vurğulayıb.

Böyük Britaniyanın yeni baş naziri Boris Conson daha əvvəl bir zamanlar nəqliyyat nazirinin müavini işləmiş kiçik qardaşı Co Consonu Biznes, Energetika və Sənaye Strategiyası işləri üzrə nazir müavini təyin edib.

Xəbər lenti
0