CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şimal rayonlarımızda Qurban bayramı möhtəşəm səviyyədə qeyd olunur

© Sputnik / Leyla AbdullayevaŞimal bölgəsində ehtiyacı olan insanlara paylanan qurban payı
Şimal bölgəsində ehtiyacı olan insanlara paylanan qurban payı - Sputnik Azərbaycan
Abunə olmaq
Xaçmaz Rayon İcra Hakimiyyəti tərəfindən 320 nəfərə qurban payı verilib

Leyla Abdullayeva, Sputnik Azərbaycan 

BAKI, 12 avqust - Sputnik. Bayram əhval-ruhiyyəsi ölkənin hər bölgəsində yaşanır. 

Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, Xaçmaz, Quba və Qusar rayonlarında bayram çoşqusu davam edir. Bu rayonlardakı məscidlərdə bayram namazı qılınıb, dövlətimizin möhkəmliyinə, əhalimizin əmin-amanlığına dualar edilib.

© Sputnik / Leyla AbdullayevaŞimal bölgəsində ehtiyacı olan insanlara paylanan qurban payı
Şimal rayonlarımızda Qurban bayramı möhtəşəm səviyyədə qeyd olunur - Sputnik Azərbaycan
Şimal bölgəsində ehtiyacı olan insanlara paylanan qurban payı

Yerli icra hakimiyyətləri isə imkansız, qurban kəsməyə imkanı olmayan insanları sevindirib.

Quba şəhərinin Ağ məscidinin axundu Elnur Əfəndinin verdiyi məlumata əsasən, bu gün təkcə Ağ məsciddə rayonun iş adamları tərəfindən 5-6 iribuynuzlu və bir neçə xırdabuynuzlu heyvanlar kəsilib kasıblara, şəhid ailələrinə, əllilər evinə və korlar cəmiyyətinə təqdim olunub, bayramları təbrik edilib.

Qusarda isə şəhər məscidinə 3 iri buynuzlu mal kəsilib göndərilib. Şəhərin 4 yerində isə kəsilmiş xırda buynuzlu heyvan əti yoldan keçən insanlara paylanılıb.

© Sputnik / Leyla AbdullayevaŞimal bölgəsində ehtiyacı olan insanlara paylanan qurban payı
Şimal rayonlarımızda Qurban bayramı möhtəşəm səviyyədə qeyd olunur - Sputnik Azərbaycan
Şimal bölgəsində ehtiyacı olan insanlara paylanan qurban payı

Xeyriyyə aksiyası Xaçmazda davam etdirilib. Qurban bayramında şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə və imkansız şəxslərə iki gün əvvəldən qoyun əti paylanılıb ki, bayram günü qazanları qaynasın. Xaçmaz Rayon İcra Hakimiyyəti tərəfindən 320 nəfərə qurban payı verilib.

Bununla yanaşı, insanlar bir-birinin evlərinə gedib bayramlarını təbrik ediblər.

Xəbər lenti
0