BAKI, 11 avqust — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində saat 15:00-a olan hava şəraiti ilə bağlı məlumat yayıb.
Nazirliyin Milli Hidrometeorologiya Departamentindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında küləyin sürəti 24 m/s olub, Neft daşlarının hidrometeoroloji stansiyasının məlumatına görə, dənizdə dalğanın hündürlüyü 6 metrə çatıb.
Axşama küləyin tədricən səngiməsi gözlənilir.