Qurbanlıq öküzü maşın qiymətinə satdı

© Sputnik / Ramil Sitdikov / Mediabanka keçidÖküz, arxiv şəkli
Öküz, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Aslan"dan öncə bazarın ən ağırçəkili öküzü Artvindən gətirilmiş "Kral" olub

BAKI, 11 avqust — Sputnik. Türkiyənin İnegöl vilayətində bazara ən böyük qurbanlıq öküz çıxarılıb.

Sputnik Azərbaycan Türkiyə mediasına istinadən bildirir ki, Ərzurumdan olan fermer Muhammed Yıldızın "Aslan" adını verdiyi öküz 1.5 ton çəkiyə malikdir.

M.Yıldız başlanğıc qiyməti 33 min türk lirəsi olan "Aslan"ı inegöllü bir biznesmenə 29 minə (təxminən 5264 dollar) satıb. Verilən məlumata görə, bu qiymətə Türkiyədə ikinci əl avtomobil almaq mümkündür.

​"Aslan"dan öncə bazarın ən ağırçəkili öküzü Artvindən gətirilmiş "Kral" olub. Onun çəkisi isə 1.3 ton olub.

Xəbər lenti
0