“Qurban bayramı günlərində heyvanlardan insanlara keçə biləcək xəstəliklərin qarşısını almaq üçün heyvan mütləq baytarlıq-sanitariya və gigiyena normalarına cavab verən yerlərdə və müvafiq qaydalara uyğun şəkildə kəsilməlidir”. Sputnik Azərbaycan xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Aysel Fərziyeva deyib.
“Heyvanın kəsimindən öncə və sonra baytarlıq müayinəsi keçirilməlidir. Bu, ən vacib şərtlərdən biridir. Qurbanlıq heyvanlar müvafiq qurumların müəyyən etdiyi yerlərdə kəsilməlidir. Tələblərə cavab verməyən yerlərdə - küçələrdə, yollarda, ictimai yerlərdə heyvan kəsimi və satışı birmənalı olaraq yol verilməzdir. Heyvanların baytarlıq arayışı olmadan bir yerdən digər yerə daşınması da qadağandır”.
Aysel Fərziyevanın fikirlərinə audiofaylda qulaq asa bilərsiniz