CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Özündə tarix yaşadan samovar

© Sputnik / Shahperi AbbasovaSamovar
Samovar - Sputnik Azərbaycan
Abunə olmaq
Məşhur Zaqatala çayının "atası" tanınmış rus hərbçisi imiş

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 11 avqust — Sputnik. Qədimi əşyaları toplamaq Zaqatala rayon Yengiyan kənd sakini Şaiq Əlixanovun hobbisidir. Bu, bəlkə də onun vaxtilə tarix müəllimi olmasından irəli gəlir. Daha çox tarixi əşyalara üstünlük verən Zaqatala sakini bu dəfə bizi qədim samovarla tanış etdi. Şaiq müəllim deyir ki, ən əziz qonağını bu samovarda qaynadılmış çaya dəvət edir. Müsahibimiz yaşı 100 ildən artıq olan samovarın çayını içə-içə onun tarixi haqqında Sputnik Azərbaycan-a danışıb:

"Samovar 1906-cı ildə Rusiyanın Tula vilayətində istehsal olunub. Həmin dövrdə Tula vilayəti silah istehsalı ilə daha çox məşhur idi. Rusiya imperiyası üçün bütün silah növləri burada istehsal edilirdi. Həmin dövrdə samovarların üzərində istehsalçının adı həkk olunurdu. Bizdəki samovarın üstündə onun istehsalçısı olan Vasili Bataşevin adı həkk olunub".

© Sputnik / Shahperi AbbasovaSamovar 1906-cı ildə Rusiyanın Tula vilayətində istehsal olunub
Özündə tarix yaşadan samovar - Sputnik Azərbaycan
Samovar 1906-cı ildə Rusiyanın Tula vilayətində istehsal olunub

Haqqında danışdığımız samovarın rəngi digərlərindən fərqlənir. Həmsöhbətimiz bunun səbəbini belə izah edib: "Həmin dövrdə patronlar sarı-qızılı rəngli misdən hazırlandığına görə, samovarın özü də həmin patronların rəngində hazırlanıb. Digər generalların da şərəfinə silsilə olaraq samovarlar buraxılıb. Samovar təmiz misdən hazırlandığına görə onda qaynadılan çayın da dadı digərlərindən fərqlənir. Bu samovarda qaynadılan çay daha dadlı olur".

Elə samovardan və çaydan söz düşmüşkən, Ş.Əlixanov məşhur Zaqatala çayının tarixinə də toxunub: "Qafqaza hücum edən Vorontsov (qraf Mixail Vorontsov - red.) bu bölgəyə çayı gətirib. Məşhur Zaqatala çayını ilk dəfə bu bölgədə general Vorontsov əkdirib".

Şaiq müəllim samovarı köhnə əşyalar satılan bazarların birindən olduqca baha qiymətə əldə etdiyini söyləyir: "Qiyməti baha olsa da, aldım. Tarixi əşyaları o qədər çox sevirəm ki, bəzən özümə ayaqqabı almağa qıymıram, amma antik bir əşyaya yüksək məbləğdə pul ödəyirəm. Bəziləri kimi bahalı telefon, bahalı maşın və ya aksessuarlara pul xərcləmərəm. Amma qədimi əşyalara nə qədər desəz pul verərəm. Hələ ki az-az toplayıram. Gələcəkdə həyətimdəki yardımçı tikilini və evimi tarixi qədim olan əşyalarla bəzəyəcəm".

© Sputnik / Shahperi AbbasovaSamovar təmiz misdən hazırlandığına görə onda qaynadılan çayın da dadı digərlərindən fərqlənir
Özündə tarix yaşadan samovar - Sputnik Azərbaycan
Samovar təmiz misdən hazırlandığına görə onda qaynadılan çayın da dadı digərlərindən fərqlənir

Şaiq müəllim əntiq əşyaları toplamaqla yanaşı, onların tarixini araşdırmağı da çox sevir: "Hər hansı bir əşyanı əldə etdikdən sonra onun tarixi də araşdırıram. Nə vaxt, nə üçün və kim tərəfindən hazırlandığını da öyrənməyə çalışıram. Topladığım məlumatları yazıram. İstəyirəm bizdən sonra gələn nəsillər tariximizə laqeyid qalmasınlar. Tariximizi unutsaq, unudularıq! Bu mənada hər birimizin üzərinə böyük öhdəlik düşür".

Xəbər lenti
0