BAKI, 11 avqust — Sputnik. Bu gün Məkkədə ənənəvi "şeytan daşlama" mərasimi keçirilir.
Sputnik xəbər verir ki, bu il Məkkəni ziyarıt etmək üçün təxminən 2.3 millyon müsəlman Səudiyyə Ərəbistanına gəlib.
Həccin üçüncü günündə ziyarətçilər Məkkədəki Camarat körpüsünə axışırlar. Burada onlar "şeytana daş atma" mərasimində iştirak edirlər.