BAKI, 11 avqust — Sputnik. Bakı-Qazax yolunda xəsarətlə nəticələnən yol qəzası baş verib.
Sputnik Azərbaycan "Report"a istinadən bildirir ki, qəza zamanı yaralanan 1988-ci il təvəllüdlü Qasımov Səxavət Saleh oğlu kəllə-beyin travması və burun nahiyəsinin sınığı diaqnozu ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.
Yaralı aidiyyəti üzrə həkim müayinəsinə götürülüb və xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib.
Zərərçəkmiş Kürdəmirdə yerləşən "N" saylı hərbi hissəyə əsgər yanına gedirmiş.