Bu şəkilləri çəkmək üçün kişi iki il gözlədi

CC0 / JÉSHOOTS / cameraФотокамера, фото из архива
Фотокамера, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ru işinin peşəkarıdır: o hesabladı ki, ideal kadr əldə etmək üçün Günəş tutulmasını iki il sonra Çili dağlarında çəkməlidir

BAKI, 11 avqust — Sputnik. Fotoqraf Ruvim Ru Günəş tutulmasını çəkmək üçün iki il hazırlıq görüb.

Sputnik Azərbaycan bildirir ki, məlumatı yayan Wired-in fikrincə, şəkillər əla alınıb.

2017-ci ildə ABŞ-ın hər iki sahilinin sakinləri Ayın Günəşin qabağını tam örtməsi hadisəsinə şahid oldular. Bunun üçün on milyonlarla insan müşahidə üçün əvvəlcədən yaxşı yer axtarışına başlamışdı. Onlardan biri də Ruvim Ru idi. O, bu kadrı çəkdi:

Ruvim istəyirdi ki, şəkildə Ayın Yer üzərinə düşən kölgəsi də olsun. Belə kadrı yalnız tutulmanın üfüq xəttinə maksimal yaxın yerdə baş verdiyi zaman əldə etmək olardı. Ru işinin peşəkarıdır: o hesabladı ki, ideal kadr əldə etmək üçün Günəş tutulmasını iki il sonra Çili dağlarında çəkməlidir. 

Ruvim beş nəfərdən ibarət komanda yığdı və briqadasının Çiliyə getməsi üçün sponsorlarla razılığa gəldi. Bundan öncə fotoqraf ideal müşahidə nöqtəsi tapmaq üçün bir neçə ay peyk şəkillərini öyrəndi. Düşərgəni dəniz səviyyəsindən 5000 m hündürlükdə saldılar. Ruvim və dostları özləri ilə 8 kamera və bir cüt dron götürmüşülər. Və onların çəkdikləri kadrlar, gerçəkdən də, möhtəşəm alındı.

Посмотреть эту публикацию в Instagram

We watched as an abyss of darkness opened up above us. Stars and planets shone in the void where blue sky should have been. #arcalux

Публикация от Reuben Wu (@itsreuben)

Xəbər lenti
0