BAKI, 11 avqust — Sputnik. Döş və bağırsaq xərçəngi, diabet və ürəyin işemik xəstəliklərinin əsas səbəbi açıqlanıb.
Hər üç işemik xəstəlik halından biri mütləq kifayət qədər fiziki aktivliyin olması səbəbindən yaranır. Sputnik Azərbaycan RİA-Novosti-yə istinadən bildirir ki, bu barədə Rusiya Səhiyyə nazirinin müavini Oleq Salaqay özünün Facebook səhifəsində yazıb.
"Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, fiziki aktivliyin olmaması dünyadakı ölümlərin 6%-nin səbəbidir, - nazir müavini qeyd edib. - Əgər konkretləşdirsək, döş və bağırsaq xərçəngi xəstəliklərinin 25%-ə qədəri, diabetin 27%-i və ürəyin işemik xəstəliyi hallarının təxminən 30%-i passiv həyat tərzi keçirilməsi səbəbindən yaranır".
Salaqay qeyd edib ki, fiziki aktivlik hər bir insanın həyatının vacib hissəsinə çevrilməlidir: "Ancaq fiziki yüklənmə rasional olmalı, heç bir halda insana zərər vurmamalıdır".
Müntəzəm olaraq idmanla məşğul olmaq, nazir müavininin fikrincə, hipertoniya, ürək-damar, bəzi onkoloji xəstəliklərin, depressiyanın qarşısını alır, insanın ümumi vəziyyətini yaxşılaşdırır.