BAKI, 10 avqust — Sputnik. Xətai rayonunda döyülmə hadisəsi baş verib.
Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, Xətai rayonunda yerləşən səsyazma studiyalarının birində müştəri, 1986-ci il təvəllüdlü Vasif Xıdırov və onun həyat yoldaşı, 1988-ci il təvəllüdlü Şəbnəm Xıdırova döyülüblər.
Zərərçəkmiş şəxslərin Xətai Rayon Polis İdarəsinin əməkdaşlarına verdiyi izahata görə, onları studiyanın rəhbəri Kamran adlı şəxs döyüb.
Xətai RPİ tərəfindən Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb.