Ukraynalılar dolları milli valyuta etmək istəyirlər

© AFP 2024 / ATTA KENAREДоллары, фото из архива
Доллары, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Petisiyanın müəllifi Ukrayna milli valyutasının qeyri-stabilliyi ilə əlaqədar olaraq prezidentdən xahiş edib ki, pul islahatı aparsın

BAKI, 10 avqust — Sputnik. Ukraynada milli valyuta olan qrivnanı dollarla əvəzləməyi tələb edən petisiya açılıb.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, petisiya ölkə prezidentinin saytında yerləşdirilib.

Petisiyanın müəllifi Ukrayna milli valyutasının qeyri-stabilliyi ilə əlaqədar olaraq xahiş edib ki, pul islahatı aparılsın və qrivnanın əvəzinə dollar milli valyuta kimi tanınsın.

Avqustun 7-də qeydə alınmış petisiyaya prezidentin baxması üçün 90 gün ərzində ona ən azı 25 min adam imza atmalıdır.

Prezidentin saytında qeydə alınmış başqa bir petisiyanın müəllifi dövlət başçısından "Naftoqaz" şirkətinin rəhbəri Andrey Kobolyovun maaşını 70 dəfə azaltmağı xahiş edib. İki gün ərzində bu petisiyaya 733 nəfər qoşulub.

Xəbər lenti
0