Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Mixail Qorbaçov "Çernobıl" serialına baxa bilməyib, çünki...

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidMixail Qorbaçov
Mixail Qorbaçov - Sputnik Azərbaycan
Abunə olmaq
Aleksey Venediktov deyib ki, SSRİ-nin eks-prezidenti Mixail Qorbaçovun vəziyyəti çox ağırdır

BAKI, 10 avqust — Sputnik. SSRİ-nin eks-prezidenti Mixail Qorbaçovun vəziyyəti "çox pis" qiymətləndirilir. Sputnik Azərbaycan xəbər verir ki, bunu jurnalist Aleksey Venediktov "Naş" telekanalında yayımlanan "Qordon" verilişində deyib.

"Başı ilə bağlı hər şey qaydasındadır. Amma çox çətinliklə yeriyir, çoxlu xəstəlikləri var. Zarafat deyil, onun 88 yaşı var. Son iki ildə vəziyyəti çox pisdir, son altı aydır demək olar xəstəxanada yaşayır", - deyə Venediktov bildirib.

Мужчина разливает водку в пивном баре, фото из архива - Sputnik Azərbaycan
Çernobıl arağı – radiasiyadan süfrənizə

Jurnalist qeyd edib ki, sabiq sovet lideri zaman-zaman ona restoranda görüşməyi təklif edir, o isə imtina etmir.

"Həkimimizin məsləhəti ilə pivə içirik, Mixail Sergeyeviç də hazırda pivə içir. Əvvəllər su içirdik", - Venediktov əlavə edib.

O qeyd edib ki, Qorbaçov xəbərləri planşet və smartfondan izləyir. "Çernobıl" serialı ilə bağlı informasiyalar eks-prezidentə də gəlib çatıb. Lakin o, seriala baxa bilməyib, çünki o dəhşətli səhnələri izləmək və həmin faciəni yenidən yaşamaq ona "çox ağır" gəlib.

Halbuki bir ay əvvəl Qorbaçov sözügedən ekran əsərində yalan məlumatların olduğunu demişdi. O, ssenarinin yalan üzərində qurulduğunu, Çernobıl atom stansiyasındakı qəzanın səbəblərini araşdıran akademik Valeri Leqasova əngəl yaratmaq göstərişi vermədiyini deyib. Qeyd edək ki, Çernobıl qəzası baş verən dövrdə SSRİ-nin rəhbəri Qorbaçov olub.

Amerikanın məşhur telekanal qrupu HBO-nun 26 aprel 1986-cı ildə Ukraynanın Çernobıl şəhəri yaxınlığında yerləşən Çernobıl AES-də baş verən güclü nüvə partlayışına ekran həyatı verib.

Знак на въезде в Чернобыль - Sputnik Azərbaycan
Yenə Çernobıl, yenə ölümsaçan təhlükə

İzləri indiyə kimi qalmış hadisədən bəhs edən mini-serial dünya gündəmini zəbt etməyi bacarıb. Bu ilin may ayında yayımlanmağa başlayan 5 seriyalı filmin geniş auditoriyada maraq doğurmasının səbəbi oradakı hadisələrin gerçək olması, böyük komanda işi və keyfiyyətli alınması üçün xərclənən yüksək məbləğdir.

Serial yayımlandıqdan sonra bölgəni ziyarət edənlərin sayı ötən illərə nisbətən 40% artıb. "Çernobıl" film və televiziya seriallarını qiymətləndirən IMDB siyahısında ilk sırada yer alıb. Ekran işinin rejissoru Johan Renc, ssenaristi və icraçı prodüseri Craig Mazindir. Çəkilişlər Ukraynada və Litvada qismən bağlanmış nüvə stansiyasında baş tutub.

Serialın baş rollarını Jared Harris, Valery Legasov, Stellan Skarsqard, Emily Watson və Ulana Xomyuk canlandırıb. Bəstəkarı Hildur Guğnadóttir orijinal və əsl fon musiqisi yaratmaq üçün Litvada nüvə elektrik stansiyasına göndərilib. O musiqiləri bölgənin təbii səslərindən ilhamlanaraq bəstələyib.

Крейг Мазин, Эмили Уотсон, Джаред Харрис и Джесси Бакли из телевизионного сериала Чернобыль выступают на пресс-туре Ассоциации телевизионных критиков в Langham Huntington, Пасадена - Sputnik Azərbaycan
HBO-nun "Çernobıl"ına Azərbaycandan reaksiya: "Təhrif ediblər"

26 aprel 1986-cı il Ukraynanın Çernobıl şəhəri yaxınlığında yerləşən Çernobıl AES-də güclü partlayış baş verib. Stansiya partlayandan sonra yaranmış radioaktiv buludun böyük hissəsi Şərqi Avropaya doğru hərəkət etsə, yerdə qalan hissəsi küləklər cənuba yayıb.

Azərbaycanda da Çernobıl faciəsi nəticəsində radioaktiv şüalanmaya məruz qalanlar var. Bundan başqa, AES-nin partlamış 4-cü enerji blokunun təhlükəsiz hala salınması üçün keçirilən "Sarkofaq" əməliyyatında 129 Azərbaycan vətəndaşı da iştirak edib ki, onların hamısı müxtəlif səviyyəli radioaktiv şüalanma alıblar.

Hadisə zamanı 7000-ə yaxın insan həlak olub, 25000 insan güclü radiasiya nəticəsində ömürlük şikəst olub, on minlərlə insan sonsuz qalıb. Bu faciədən sonra Çernobılda doğulan uşaqların 90%-də əlillik yaranır. Hadisədən neçə illər keçsə də, radiasiyanın fəsadları hələ də Avropada qalmaqdadır.

Xəbər lenti
0