BAKI, 10 avqust - Sputnik. Göyçay rayonunun Bığır kəndi ərazisində baş vermiş qəza nəticəsində bir nəfər ölüb, daha 3 nəfər xəsarət alıb.
Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-a verdiyi məlumata görə, 56 yaşlı kişi hadisə yerində dünyasını dəyişib.
"25 yaşlı iki nəfər və 37 yaşlı kişi Göyçay MRX-ya çatdırılıblar. 25 yaşlı xəstənin birində aşağı ətrafların sınığı, digər xəstələrdə isə müxtəlif dərəcəli travmalar olub. Hazırda müalicələri davam edir. Vəziyyətləri orta-ağır qiymətləndirilir", - deyə məlumatda bildirilir.
Qeyd edək ki, axşam saat 20:30 radələrində Göyçay rayonunda yol qəzası baş verib. Rayonun Bığır kəndi ərazisində iki "VAZ" markalı minik maşını toqquşub.