Quldurların girov götürdükləri türk dənizçilər azad edildilər

Türk dəniz piyadaları
Türk dəniz piyadaları - Sputnik Azərbaycan
Abunə olmaq
Xilasetmə əməliyyatının təfərrüatları açıqlanmır.

BAKI, 9 avqust — Sputnik. Nigeriya sahillərində dəniz quldurlarının girov götürdükləri 10 türk dənizçki azad edilib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Anadolu agentliyi məlumat yayıb.

Dənizçilərimiz “Dəniz kuboku - 2019” müsabiqəsinin növbəti epizodunun da qalibi olub - Sputnik Azərbaycan
CƏMİYYƏT
Hərbçilərimiz "Dəniz kuboku-2019"un növbəti epizodunun qalibi oldular - VİDEO

Bildirilir ki, onların səhhəti yaxşıdır. Xilasetmə əməliyyatının təfərrüatları açıqlanmır.

İyulun 16-da dəniz quldurları Nigeriya sahilləri yaxınlığında üzən gəmidən 10 türk dənizçini qaçırıblar. Kamerunun Duala limanından Kot-d'İvuarın Abican şəhəri istiqamətində üzən "Paksoy 1" adlı gəmi Nigeriya sahillərindən 230 kilometr cənub-qərbdə quldurların hücumuna məruz qalıb. Quldurlar ekipajın 18 üzvündən 10-nu qaçırıblar. Hücum edən şəxslər, həmçinin gəminin rabitə cihazlarını və qurğularını zədələyiblər.

Xəbər lenti
0