CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda avtobus qəzaya düşdü

© © BNA-nin mətbuat xidmətiAvtobus dayanacağı
Avtobus dayanacağı - Sputnik Azərbaycan
Abunə olmaq
İşıqforun qırmızı işığının tələbini pozan minik avtomobili avtobusun qarşısına çıxıb

BAKI, 9 avqust — Sputnik. Paytaxtın Nəsibbəy Yusifbəyli küçəsi ilə Ceyhun Hacıbəyli küçəsinin kəsişməsində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Təcili tibbi yardım avtomobili, arxiv şəkli - Sputnik Azərbaycan
HADİSƏ
Bakıda qəza: ana ilə 6 aylıq körpəsi xəsarət aldılar

Bu barədə Sputnik Azərbaycan-a Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev məlumat verib. O, bildirib ki, ilkin məlumata görə, qəza işıqforun qırmızı işığının tələbini pozan minik avtomobilinin 3 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusunun qarşısına çıxması səbəbindən baş verib. Qəza nəticəsində sərnişin avtobusunda xəsarət alan olmayıb.

Xəbər lenti
0