BAKI, 9 avqust — Sputnik. Gecə təlim-məşq uçuşu keçirən zaman qəzaya uğramış Azərbaycan Respublikası Hərbi Hava Qüvvələrinin "MiQ-29" təyyarəsinin Xəzər dənizinə düşdüyü ərazi avqustun 8-i axşam saatlarında müəyyən edilib.
Bu barədə Sputnik Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata istinadla bildirir.
Aidiyyəti dövlət qurumları və xidmətləri nümayəndələrinin, eləcə də axtarışlara cəlb edilən türkiyəli mütəxəssislərin iştirakı ilə görülən təxirəsalınmaz tədbirlər nəticəsində təyyarənin bəzi fraqmentləri hissə-hissə sudan çıxarılıb.
Hazırda təyyarənin əsas hissəsinin dənizin dibindən çıxarılması üzrə hazırlıq işləri görülür.