BAKI, 9 avqust — Sputnik. Rusiya Federasiyası Krasnoyarsk diyarının Açinsk rayonundakı artilleriya cəbbəxanasının yaxınlığında, dəmiryolunun yanında yeni partlayış olub, 9 nəfər yaralanıb.
Sputnik Azərbaycan RİA-Novosti-yə istinadən bildirir ki, bu barədə regionun ekstremal xidmətlərindən məlumat veriblər.
"Kamenka yaşayış məntəqəsindən 500 m şimalda yük qatarının hərəkəti zamanı qığılcım, sonra isə zərbə dalğası meydana gəlib, nəticədə Uluy-Açinsk dəmiryolundakı qatarların şüşələri partlayıb tökülüb", - məlumatda deyilir.
Agentliyin müsahibinin sözlərinə görə, xəsarət alanlardan 4 nəfər xəstəxanaya çatdırılıb. Açinsk rayonlararası xəstəxanasından RİA-Novosti-yə bildiriblər ki, yaralıların vəziyyəti orta-ağırdır. Digərləri ambulator müalicəyə buraxılıblar. Bütün yaralılar barotravma və qəlpə yaraları alıblar.
Dəmiryolunun müayinəsi zamanı relslərin zədələnməsi və artilleriya mərmisi aşkar edilib. Hadisə yerinə Müdafiə Nazirliyinin mühəndis qrupu göndərilib.
Krasnoyarsk diyarının hökumətinin rəsmi internet səhifəsində bildirilir ki, Kamenkada fövqəladə vəziyyət nəticələrinin aradan qaldırılması və minadan təmizləmə əməliyyatı zamanı mərmi partlayıb, yaralananların da hamısı hərbçilərdir. Bundan başqa, bir avtomobil də ziyan görüb.
Diyarın fövqəladə hallar üzrə operativ qərargahı Kamenka əhalisini Malinovka qəsəbəsinə köçürməyi qərara alıb. Bunun üçün Açinskə 11 avtobus göndərilib.
İçində təxminən 800 sərnişinin olduğu Abakan-Moskva və Novosibirsk-Abakan sərnişin qatarlarını Krasnoyarskdan əlavə yolla göndərmək planşlaşdırılır.
Mərkəzi hərbi dairənin mətbuat xidməti öz növbəsində bildirib ki, Açinsk yaxınlığındakı hərbi anbarda yanğın olub. İldırımötürənin sıradan çıxması səbəbindən hərbi sursatların olduğu stellaja ildırım düşüb və yanğın başlayıb. Qurumun məlumatına görə, anbarın ştatına daxil olmayan, nəzarət-keçid məntəqəsinin mühafizə işçisi xəsarət alıb, onun travmaları elə də qorxulu deyil, bədəninin bir neçə yerində şüşə kəsikləri var.