Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyada hərbi hissəyə hücum etmək istəyən şəxslər tutuldular

© Rusiyanın Terrorla Mübarizə KomitəsiRusiyanın Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları, arxiv şəkli
Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Faktla bağlı cinayət işi başladılıb

BAKI, 2 avqust — Sputnik. Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) Vladimir rayonunda hərbi hissəyə hücum etməyə hazırlaşan terror qrupunun üzvlərini saxlayıb. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir.

Əməliyyatda qurumun Ryazan vilayətinin əməkdaşları da iştirak ediblər.

Qeyd olunur ki, saxlanılan şəxslər "əlbir olduqları şəxslərin" köməyi ilə silah və sursatlar əldə etməyi planlaşdırıblar.

Hələlik saxlanılan şəxslərin sayı açıqlanmır, lakin məlumdur ki, qruplaşmaya 1993-cü ildə doğulmuş şəxs rəhbərlik edib.

Faktla bağlı cinayət işi başladılıb.

Xəbər lenti
0