Səhnəyə yeni "qəhrəman" çıxdı – müxalifətçi Qırğızıstana qayıdıb

© Sputnik / Tabyldy Kadyrbekov / Mediabanka keçidБывший премьер-министр Киргизии Омурбек Бабанов в аэропорту Манас в Бишкеке
Бывший премьер-министр Киргизии Омурбек Бабанов в аэропорту Манас в Бишкеке - Sputnik Azərbaycan
Abunə olmaq
"Camaat onu sevinc qışqırıqları ilə qarşılayır"

BAKI, 9 avqust — Sputnik. Qırğızıstanlı müxalif yönümlü siyasətçi və sonuncu prezident seçkilərində hazırkı dövlət başçısı Sooronbay Jeenbekovun əsas rəqibi olmuş Omurbek Babanov ölkəyə qayıdıb.

Sputnik Qırğızıstan xəbər verir ki, Babanov artıq hava limanında yerli əhali ilə görüşüb.

"Camaat onu sevinc qışqırıqları ilə qarşılayıb", - Sputnik Qırğızıstan bildirib.

© Sputnik / Tabyldy Kadyrbekov / Mediabanka keçidOmurbek Babanov
Səhnəyə yeni qəhrəman çıxdı – müxalifətçi Qırğızıstana qayıdıb - Sputnik Azərbaycan
Omurbek Babanov

Qırğızıstanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsi bildirib ki, Babanov ölkəyə qayıdan kimi cinayət məsuliyyətinə cəlb olunacaq.

Babanov 2017-ci il oktyabrın 15-də keçirilmiş prezident seçkilərində Jeenbekovun əsas rəqibi olub, lakin seçkilərdə uduzub. Seçkilərdən dərhal sonra ölkənin baş prokurorluğu ona qarşı cinayət işi açıb. Buna səbəb kimi siyasətçinin seçkilərdən əvvəl konstitusion nizamı zorakılıq yolu ilə pozmağa, eyni zamanda milli, irqi və ya dini ədavəti oyatmağa yönəlmiş çağırışları göstərilir.

Bundan sonra Babanov ölkədən gedib və siyasəti tərk etdiyini bildirib.

Xəbər lenti
0