Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

“Kölgə” iqtisadiyyatını necə aradan qaldırmaq olar - professor həll yolları təklif edir

© Sputnik / Murad OrujovDövlət İqtisadiyyat Universitetinin professoru Elşad Məmmədov
Dövlət İqtisadiyyat Universitetinin professoru Elşad Məmmədov - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Elşad Məmmədov deyir ki, “kölgə” iqtisadiyyatı ilə mübarizə ölkə iqtisadiyyatına milyardlarla ölçülən əlavə daxilolmalarla nəticələnə bilər
Elşad Məmmədov: ““Kölgə” iqtisadiyyatına xas olan məqamlar aradan qaldırılmalıdır”

“Kölgə iqtisadiyyatı”nın miqyasının azaldılmasına yönəlmiş vergi islahatları sırasında iqtisadiyyatda əmək münasibətlərinin şəffaflaşması mühüm yer tutur. Əmək müqavilələrinin ümumi say artımının əsas hissəsi gəlir vergisi üzrə güzəştlərin tətbiq olunduğu qeyri-dövlət bölməsi üzrə baş verib ki, bu da çox müsbət haldır. Bu fikirləri  Azərbaycanda aparılan vergi islahatlarının ilkin nəticələri ilə bağlı “Report”a müsahibəsində Vergilər nazirinin müşaviri Xaqani Abdullayev deyib.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a deyir ki, biz kölgə iqtisadiyyatı ilə mübarizədə son aylar ciddi adımlar atılıb:

“Gömrük sistemində görülən işlər “kölgə” iqtisadiyyatının çəkisinin azalmasına səbəb olub. Biz rəqəmlərdən görürük ki, müsbət dinamika müşahidə edilir. Sosial ödənişlərlə bağlı seqmentin də Vergilər nazirliyi siteminə cəlb edilməsi yığımların optimallaşdırılması və maliyə resurslarının mərkəzləşməsi baxımından daha optimanl bir formatın tapılması haqqında fikir söyləməyə əsas verir. Ölkə iqtisadiyyatında inhisarçılıq edən iri şirkətlərin  fəaliyyətində kölgə iqtisadiyyatına xas olan məqamlar aradan qaldırılmalıdır. “Kölgə” iqtisadiyyatı ilə mübarizə ölkə iqtisadiyyatına milyardlarla ölçülən əlavə daxilolmalarla nəticələnə bilər”.

Professorun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0