BAKI, 8 avqust - Sputnik. Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayevin bu gün keçirilmiş xüsusi əməliyyatda saxlanılmasından sonra Bişkekin Ala-Too meydanında mitinq başlayıb.
Sputnik Qırğızıstan xəbər verir ki, hazırda milis və xüsusi təyinatlılar mitinqin dağıdılması ilə məşğuldurlar.
Verilən məlumata görə, ərazidə səs-küy qumbaralarının partlayış səsləri eşidilib. Mitinqdə təxminən 1000 nəfərin iştirak etdiyi bildirilir. Bir müddət öncə onlar paytaxtın Çuy prospektini bağlayıblar.