İranın şimalında yerləşən Gilan vilayətində Rəşt-Ənzəli-Astara dəmir yolunun çəkilməsi ilə praktiki olaraq İran Azərbaycana və bu vasitə ilə Avropaya birləşəcək. Bunu İran parlamentinin Abadlıq komissiyasının üzvü Hüseyn Əfzəli parlamentin informasiya portalına (icana) verdiyi açıqlamada deyib.
Politoloq Arzu Nağıyev Sputnik Azərbaycan-a deyir ki, bu layihədə əsas məsələ yolun maliyyələşdirilməsi idi:
“İrana tətbiq olunan sanksiyalar bu yolun çəkilişinin dayanacağı anlamına gəlmir. Sanksiyalar İran və ABŞ arasında olan məsələdir və bu daimi davam edə bilməz. Yəqin ki, nüvə məsələsi ilə bağlı məsələlər həllini tapdıqdan sonra sanksiyalar aradan götürüləcək. Layihə mühim kommunikasiya və logistik mahiyyətə malikdir. Ona görə də, layihənin gerçəkləşdirilməsinin sanksiyalardan asılılığını iddia etmək absurddur”.
Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz