Xəzərdə böyük aksiya keçiriləcək

© AP Photo / Wayne ParryABŞ-ın Nyu Cersi ştatında yerləşən Point Pleasant çimərliyində tullantılar. 12 aprel 2018-ci il
ABŞ-ın Nyu Cersi ştatında yerləşən Point Pleasant çimərliyində tullantılar. 12 aprel 2018-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
Aksiyada nazirliyin əməkdaşları və YAP nümayəndələri ilə birgə millət vəkilləri, ziyalılar, tanınmış mədəniyyət və incəsənət xadimləri, könüllülər, həmçinin ekoloji təmiz istehsalat qurmuş müəssisələrin nümayəndələri də iştirak edəcəklər

BAKI, 8 avqust — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə sabah Xəzər dənizinin Buzovna sahilində “Xəzərin mühafizəsində birik, birlikdəyik” devizi altında kütləvi təmizlik aksiyası keçiriləcək. Sputnik Azərbaycan-a bu barədə ETSN-nin mətbuat katibi İradə İbrahimova məlumat verib.

O, bildirib ki, Xəzər günü ərəfəsində keçiriləcək və yüzlərlə insanın qatılacağı aksiyada məqsəd təkcə dəniz sahilini plastik və məişət tullantılarından təmizləmək deyil, həm də insanların çimərliklərin təmiz saxlanılmasına dair cəmiyyətə çağırışı, Xəzərin çirkləndirilməsinə etirazıdır. Avqustun 9-a planlaşdırılan aksiyada nazirliyin əməkdaşları və YAP nümayəndələri ilə birgə millət vəkilləri, ziyalılar, tanınmış mədəniyyət və incəsənət xadimləri, könüllülər, həmçinin ekoloji təmiz istehsalat qurmuş müəssisələrin nümayəndələri də iştirak edəcək.

Xəbər lenti
0