Qırğızıstan Prezidenti Təhlükəsizlik Komitəsi Sədrinin istefasını qəbul etmədi

© Sputnik / Grigory Sysoyev / Mediabanka keçidQırğızıstanın Prezidenti Sooranbay Jeenbekov
Qırğızıstanın Prezidenti Sooranbay Jeenbekov - Sputnik Azərbaycan
Abunə olmaq
Sooranbay Jeenbekov: "Çətin vaxtda istefaya getmək asandır"

BAKI, 8 avqust — Sputnik. Qırğızıstanın Prezidenti Sooranbay Jeenbekov Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin sədri Orozbek Opumbayevin istefaya getməsinə icazə vermədiyini bəyan edib.

Sputnik Qırğızıstan xəbər verir ki, Jeenbekov bunu parlamentin növbədənkənar sessiyasında deyib.

"Çətin vaxtda istefaya getmək asandır. İndi getmək yox, təhlükəsizliyi təmin etmək lazımdır", - Prezident deyib.

Dünən axşam saatlarında xüsusi təyinatlılar Atambayevi saxlamaq üçün onun Koy-Taş kəndində yerləşən iqamətgahında əməliyyata başlayıblar. Əməliyyat zamanı xüsusi təyinatlılar və sabiq prezidentin tərəfdarları arasında qarşıdurma yaranıb.

Əməliyyatda bir xüsusi təyinatlı həlak olub, 52 nəfər xəsarət alıb.

Xəbər lenti
0