CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dənizdə batan uşağın meyiti tapıldı

Abunə olmaq
Nabranda dənizdə batan şəxsin meyiti Dağıstan Respublikasının Dərbənd rayonunda tapıldı

BAKI, 8 avqust — Sputnik. Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, avqustun 1-də Xaçmaz rayonunun Nabran kəndi ərazisində dənizdə çimərkən batan 2008-ci il təvəllüdlü Həsənov Polad İlham oğlunun meyiti tapılıb.

Sputnik Azərbaycan-ın Fövqəladə Hallar Nazirliyinə istinadən xəbərinə görə, meyit avqustun 7-də Rusiya Federasiyası, Dağıstan Respublikasının Dərbənd rayonunda, dəniz sahilində tapılıb. P.İ.Həsənovun axtarışı Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xitmətinin dalğıc-xilasediciləri tərəfindən dayandırılıb.

Xəbər lenti
0