BAKI, 8 avqust — Sputnik. Xəbər verdiymiz kimi, bu gün səhər saatlaırnda Bakı-Sumqayıt yolunda qəza baş verib.
Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, avtoqəza nəticəsində 5 nəfər Respublika Klinik Xəstəxanasına müraciət edib.
Belə ki, 50, 58, 41 yaşlı qadınlar və 59, 23 yaşlı kişilər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya müraciət edib. Yaralılara lazımi tibbi yardımlar göstərilib və onlar evə buraxılıblar.