CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yoxa çıxan gözəllik - Mərdəkanda nə baş verir?

© Sputnik / Irade JELILDendrologiya İnstitutunun ərazisinin vəziyyəti
Dendrologiya İnstitutunun ərazisinin vəziyyəti - Sputnik Azərbaycan
Abunə olmaq
Əraziyə üfunət qoxusundan yaxın düşmək mümkün deyil

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 7 avqust — Sputnik. Mərdəkan dendrarisi, daha doğrusu, Azərbaycan Milli Elmlər Akademiyasının Dendrologiya İnstitutunun ərazisi 1895-1920-ci illərdə neft milyonçusu Murtuza Muxtarovun şəxsi bağı olub. Uzun illər müxtəlif qurumların balansında olan dendrari 2014-cü ildən Dendrologiya İnstitutu adına layiq görülüb. Qeyd edək ki, hazırda institut Dünya Botanika Bağlarının üzvüdür.

© Sputnik / Irade JELILAzərbaycan Milli Elmlər Akademiyasının Dendrologiya İnstitutunun ərazisinə giriş
Yoxa çıxan gözəllik - Mərdəkanda nə baş verir? - Sputnik Azərbaycan
Azərbaycan Milli Elmlər Akademiyasının Dendrologiya İnstitutunun ərazisinə giriş

Dendrari - yunan sözündən götürülüb, "dendron" - "ağac" deməkdir. Dendraridə müxtəlif coğrafi zonalardan olan ağac və kolları açıq yerdə becərirlər.

Bir neçə gün əvvəl Sputnik Azərbaycan-ın əməkdaşı dendraridə olub.

© Sputnik / Irade JELILMurtuza Muxtarovun bağ evi
Yoxa çıxan gözəllik - Mərdəkanda nə baş verir? - Sputnik Azərbaycan
Murtuza Muxtarovun bağ evi

Dendrologiya İnstitutunun qarşısında avtomobillərin saxlanması üçün nəzərdə tutulmuş yerdə böyük bir zibillik var. Bilinir ki, yaxınlıqda yaşayan əhali məişət tullantılarını zibil üçün nəzərdə tutulan urnalara deyil, birbaşa bu əraziyə atır. Məişət tullantılarının ətrafına isə sahibsiz heyvanlar yığılır. Əraziyə üfunət qoxusundan yaxın düşmək mümkün deyil. Əvvəllər burada camaşırxana olub. İndi isə həmin bina xarabalığa çevrilib.

İnstitutun girişinə kassa qoyulub. Burada 9 yaşına kimi uşaqlar üçün giriş haqqı 1 manat, 9 yaşından böyüklər üçün - 2, əcnəbilər üçün isə 5 manat nəzərdə tutulub.

© Sputnik / Irade JELILMurtuza Muxtarovun büstü
Yoxa çıxan gözəllik - Mərdəkanda nə baş verir? - Sputnik Azərbaycan
Murtuza Muxtarovun büstü

İnstituta daxil olub, ətrafı gəzdikdə abadlıq işləri ilə yanaşı, nəzarətdən kənarda qalmış yerlər də gözdən qaçmır.

Məsələn, "Kaktusariya" adlanan istixana yerinin tavanı, demək olar ki, çöküb. Əhənglə boyanmış pəncərələrdən baxdıqda bir neçə kaktus dibçəyi nəzərə çarpır.

Kaktusariyanın qarşısındakı hovuzun suyu isə, güman ki, illərdir dəyişdirilmir. Suyun üzündə yığılan kif və çirkab bunu sübut edir.

Bağı gəzdikcə susuz qalmış fəvvarələr, süni şəlalələr gözdən qaçmır. Hiss edilir ki, bağ uzun müddətdir ki, susuzluq yaşayır.

© Sputnik / Irade JELILDendrologiya İnstitutunun ərazisinin vəziyyəti
Dendrologiya İnstitutunun ərazisinin vəziyyəti - Sputnik Azərbaycan
1/7
Dendrologiya İnstitutunun ərazisinin vəziyyəti

2/7

3/7

4/7

5/7

6/7

7/7

Əvvəllər burada kafe və yeməkxanalar fəaliyyət göstərirdi. Bağın ziyarətçiləri də çox olurdu. İndi isə ancaq bir kafe işləyir. Oraya çox adam maraq göstərmir. Dendrari baxımsız olduğu üçün ziyarətçiləri də gözə dəymir.

Bağı gəzdikcə böyük hovuzların da susuz qaldığını görürük. Bir sözlə, baxılmayan bağ dağa dönüb. Yəni bir vaxtlar hər kəsə təriflədiyimiz dendrarini indi istirahət üçün yer axtaranlara məsləhət görməyə dilimiz ağrıyar.

Ümid edirik ki, müvafiq qurum Dünya Botanika Bağlarının üzvü olan dendrarinin zamanla məhv olmasına göz yummayacaq. Bu gün isə görünən odur ki, bağda ən böyük problem su qıtlığıdır.

Xəbər lenti
0