ABŞ-da məşhur qəzetin redaksiyasını təcili boşaltdılar

CC0 / F. Muhammad / PoliceАмериканская полиция
Американская полиция - Sputnik Azərbaycan
Abunə olmaq
Son bir həftə ərzində ABŞ-da silahlı insidentlər nəticəsində onlarla insan yaralanaraq həyatını itirib.

BAKI, 7 avqust — Sputnik. USA Today qəzetinin Vaşinqton şəhərinin yaxınlığında yerləşən redaksiyasının işçiləri təcili təxliyə olunublar.

Sputnik Azərbaycan RİA-Novosti-yə istinadən bildirir ki, buna səbəb binada silahli şəxsin peyda olması barədə məlumatın yayılması olub.

​Qəzetin saytı bildirir ki, binanı polislər əhatəyə alıblar, səmada isə vertolyot nəzarət aparır.

USA Today-in jurnalistlərindən başqa, binadakı başqa ofislərin əməkdaşları da oradan çıxarılıblar. 

Son bir həftə ərzində ABŞ-da silahlı insidentlər nəticəsində onlarla insan yaralanaraq həyatını itirib.

Xəbər lenti
0