Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 7 avqust — Sputnik. "Nikola Tesla heykəlinin arxasında sökülən bina tarixi yox, yaşayış binasıdır".
Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İsrafil Kərimov məlumat verib. O bildirib ki, sözügedən bina tarixi bina deyil: "Həmin bina qəzalı yaşayış binasıdır. Bina pilot layihə əsasında sökülüb və layihəni icra edən şirkət bina sakinlərini köçürərək onları müvəqqəti kirayə mənzillərlə təmin edib. Ərazidə yeni bina tikildikdən sonra sakinlər əvvəlki ünvanlarına qayıdacaqlar. Binanın bir hissəsi artıq sökülüb. Bu binanın tarixi bina olması barədə məlumat yanlışdır".
Qeyd edək ki, sökülən binanın tarixi olması barədə xəbərlər bu gün sosial şəbəkələrdə yayılıb.