CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nazir Qurban bayramı ilə bağlı əmr imzaladı

Abunə olmaq
DİN-in şəxsi heyəti bayram günlərində vətəndaşların təhlükəsizliyinin təmin olunması, rahat və firavan istirahət etməsi üçün əlindən gələni əsirgəməyəcək

BAKI, 7 avqust — Sputnik. Qurban bayramı günlərində Azərbaycan polisi gücləndirilmiş iş rejimində çalışacaq. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Автомобиль патрульно-постовой службы в Баку - Sputnik Azərbaycan
HADİSƏ
Polis Bakıda xüsusi əməliyyat keçirdi, saxlanılanlar var

Əmrə əsasən, DİN-in bütün orqan və hissələrinin şəxsi heyəti avqustun 12-dən 14-dək gücləndirilmiş iş rejimində çalışacaq. Əmrdə həmçinin ictimai yerlərdə və insanların kütləvi istirahət etdikləri ərazilərdə, xüsusən bayram tədbirləri keçiriləcək ərazilərdə baş verə biləcək hər hansı xoşagəlməz hadisənin qarşısının dərhal alınması məqsədilə zəruri və təxirəsalınmaz tədbirlərin görülməsinin təmin edilməsi tələb olunur.

Bayram günləri respublika ərazisindəki strateji ərazilərdə, sərnişin daşıyan nəqliyyat vasitələrində, böyük su tutarlarında, habelə digər mühüm əhəmiyyətli obyektlərdə mühafizə tədbirlərinin daha da gücləndirilməsi nəzərdə tutulub. Məlumatda həmçinin qeyd olunur ki, DİN-in şəxsi heyəti bayram günlərində vətəndaşların təhlükəsizliyinin təmin olunması, rahat və firavan istirahət etməsi üçün əlindən gələni əsirgəməyəcək.

Xəbər lenti
0