BAKI, 7 avqust — Sputnik. Bakıda, "Gənclik Mall" ilə üzbəüz avtobus dayanacağının yanında qəza olub.
Sputnik Azərbaycan-ın məlumatına görə, minik avtomobili yoldan səkiyə çıxıb, səki ilə gedən nişanlıları - 22 yaşlı qızla 23 yaşlı oğlanı vurub.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, təcili yardıma çağırış saat 18.37-də daxil olub. İlkin olaraq qıza sol bazunun travması, oğlana alnın kəsilmiş yarası diaqnozu qoyulub. Hadisə yerində olan həkim briqadasının bildirdiyinə görə, həyatları üçün təhlükə yoxdur.