CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda yüzlərlə insan yollarda can verdi - Ölüm rəqəmləri artır

© Sputnik / Irade JELILQəza baş verən ərazidə təcili tibbi yardım avtomobili
Qəza baş verən ərazidə təcili tibbi yardım avtomobili - Sputnik Azərbaycan
Abunə olmaq
Yol-nəqliyyat hadisələrinin 89,7 faizi yaşayış məntəqələrində baş verib

BAKI, 7 avqust — Sputnik. 2019-cu ilin yanvar-iyun aylarında ölkənin avtomobil yollarında 822 və ya 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,0 faiz çox yol-nəqliyyat hadisəsi baş verib.

Dövlət Statistika Komitəsindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 1,2 faiz artaraq 1087 nəfər olub. Onlardan 342-si həlak olub, 745-i isə yaralanıb. Hadisələrin 46,3 faizi gündüz, 36,5 faizi gecə, 17,2 faizi isə toran vaxtı baş verib, 29,3 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.

Yol-nəqliyyat hadisələrinin 89,7 faizi yaşayış məntəqələrində baş verib ki, nəticədə həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 0,4 faiz azalaraq 249 nəfər, yaralananların sayı isə 0,7 faiz azalaraq 723 nəfər olub.

Xəbər lenti
0