CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Abituriyentlərin çoxu bu qrupu seçib

© Sputnik / Rahim MuradovLənkəran şəhər 4 saylı məktəb-liseydə jurnalistika ixtisasına qəbul olunmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirilib
Lənkəran şəhər 4 saylı məktəb-liseydə jurnalistika ixtisasına qəbul olunmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirilib - Sputnik Azərbaycan
Abunə olmaq
Bu il ümumilikdə 46814 abituriyent 150 və daha yuxarı bal toplayaraq ixtisas seçimi etmək hüququ əldə edib

BAKI, 7 avqust — Sputnik. 2019-2020-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olunmaq üçün ixtisas seçimi ötən gecə başa çatıb. 

Абитуриенты в ходе экзамена, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Abituriyentlərin ixtisas seçimindən yeni xəbər

Sputnik Azərbaycan-a Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumata görə, ümumilikdə 58289 nəfər bu imkandan istifadə etdi. Nəticələrin 8 avqustda elan olunacağı gözlənilir. I ixtisas qrupu üzrə 15223 plan yeri ayrılıb. Müsabiqədə iştirak üçün 17031 nəfər ixtisas seçimi ərizəsini təsdiq edib (15101 abituriyent müsabiqə şərtini ödəyib). 

II ixtisas qrupu üzrə 14181 plan yeri ayrılıb. Müsabiqədə iştirak üçün 14044 nəfəri ixtisas seçimi ərizəsini təsdiq edib (10166 abituriyent müsabiqə şərtini ödəyib). III ixtisas qrupu üzrə 11271 plan yeri ayrılıb. Müsabiqədə iştirak üçün 18265 nəfəri ixtisas seçimi ərizəsini təsdiq edib (17465 abituriyent müsabiqə şərtini ödəyib). IV ixtisas qrupu üzrə 3710 plan yeri ayrılıb. Müsabiqədə iştirak üçün 4460 nəfəri ixtisas seçimi ərizəsini təsdiq edib (4082 abituriyent müsabiqə şərtini ödəyib). V ixtisas qrupu üzrə 3462 plan yeri ayrılıb. 5278 nəfəri ixtisas seçimi ərizəsini təsdiq edib. Bu il ümumilikdə 46814 abituriyent 150 və daha yuxarı bal toplayaraq ixtisas seçimi etmək hüququ əldə edib.

Xəbər lenti
0