Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Rusiya radarlarda görünməyən "Ovçu"sunu nümayiş etdirdi - VİDEO

© Sputnik / Vitaly Belousov / Mediabanka keçidМасштабный летный демонстратор ударного БЛА "Охотник", фото из архива
Масштабный летный демонстратор ударного БЛА Охотник, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Onun istehsalında xüsusi materiallardan və örtüklərdən istifadə olunub ki, bu da təyyarəni radiolokasiya vasitələri üçün demək olar ki, görünməz edir

BAKI, 7 avqust — Sputnik. Rusiya Müdafiə Nazirliyi "Oxotnik" (Ovçu) adlı ən yeni dronunun birinci uçuşunun videogörüntlərini yayıb.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bir dəqiqədən artıq davam edən videogörüntülərdə bort nömrəsi 071 olan uçan aparatın uçuş zolağından səmaya qalxdığını, manevrlər etdiyini və yerə qayıdaraq oturduğunu görmək olar.

Kadrlarda həmçinin görmək olar ki, "Oxotnik" birinci uçuşunu şassini yığmadan həyata keçirib.

"Oxotnik" Rusiya ordusunda zərbə funksiyaları olan ilk ağır dron olacaq. Dron "uçan qanad" sxeminə əsasən layihələndirilib. Onun istehsalında xüsusi materiallardan və örtüklərdən istifadə olunub ki, bu da təyyarəni radiolokasiya vasitələri üçün demək olar ki, görünməz edir.

Bundan başqa, dron optik-elektron, radiotexnik və digər növ kəşfiyyat aparatları ilə təchiz olunub.

Qeyd edək ki, "Oxotnik" dronunda "AL-31" seriyasından olan turboreaktiv mühərrik quraşdırılıb. Bu mühərriklərlə əsasən "Su-27" döyüş təyyarələri təchiz olunur.

Uçan aparatın qanadlarında silahların taxılması üçün asqılar yoxdur. Bu o deməkdir ki, silahlar (raketlər, bombalar və s.) təyyarənin füzelyajının içində yerləşir.

Rusiya Müdafiə Nazirliyi deyib ki, "Oxotnik" təyyarəsinin birinci uçuşu 20 dəqiqədən çox çəkib.

Xəbər lenti
0