Bolton günahı Çinin üstünə atdı

© REUTERS / GUADALUPE PARDOCon Bolton
Con Bolton - Sputnik Azərbaycan
Abunə olmaq
Bir müddət öncə Pentaqon rəhbəri Mark Esper orta mənzilli raketlərin tezliklə Asiyada yerləşdirilməsinin tərəfdarı olduğunu bildirib

BAKI, 7 avqust — Sputnik. ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton ölkəsinin orta və yaxın mənzilli raketlərin ləğvinə dair müqavilədən çıxması səbəblərindən danışıb. Sputnik Azərbaycan xəbər verir ki, "Fox News" telekanalının efirində qonaq olmuş Bolton Çinin çox sayda belə raketlərə malik olmasını Vaşinqtonun sazişdən çıxmasına səbəb kimi göstərib.

Bir müddət öncə, Pentaqon rəhbəri Mark Esper orta mənzilli raketlərin tezliklə Asiyada yerləşdirilməsinin tərəfdarı olduğunu bildirib.

Çili istiotu, arxiv şəkli - Sputnik Azərbaycan
Çin ABŞ-a güclü zərbə endirdi

Esperin bu bəyanatını şərh edən Bolton Çinin artıq minlərlə belə raketi yerləşdirdiyini bildirib.

"Onlar (Çin – red.) orta və yaxın mənzilli nüvə raketlərinə dair müqavilənin üzvü deyildilər və buna görə də sərbəst şəkildə bunu (raketlərin yerləşdirilməsini – red.) həyata keçirə bilərdilər", - Bolton deyib.

Avqustun 2-dən başlayaraq orta və qısa mənzilli raketlərin ləğvinə dair saziş qüvvəsini itirib.

Saziş SSRİ və ABŞ tərəfindən 1987-ci ildə imzalanıb. Sənədə əsasən, hər iki tərəf quruda yerləşdirilmiş bütün orta və qısa mənzilli ballistik və qanadlı raket komplekslərini məhv etməli idilər.

2018-ci ilin oktyabrında ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun sazişdən çıxacağını elan edib. O, buna səbəb kimi Moskvanın saziş çərçivəsində öhdəliklərini "yerinə yetirməməsini" göstərib. Lakin Amerika tərəfi bu iddia ilə bağlı heç bir dəlil gətirməyib. ABŞ-ın hərəkətlərinə cavab olaraq, 2019-cu ildə Rusiya da sözügedən sazişdə iştirakını dayandıracağını bəyan edib.

Xəbər lenti
0