Ramiyə Məmmədova: “Türkiyə ilə yaşanan gərginliyin səbəbkarı ABŞ-dır”
ABŞ Dövlət Departamenti Türkiyə ordusunun Suriya ərazisində hərbi əməliyyat keçirmək planlarından narahatdır. Bu barədə Departamentin rəsmi nümayəndəsi Morqan Ortaqus bildirib.
Politoloq Ramiyə Məmmədova Sputnik Azərbaycan-a deyir ki, Türkiyə ilə yaşanan gərginliyin səbəbkarı ABŞ-dır: “ABŞ-ın doğru olmayan siyasəti Türkiyəni Rusiya ilə müttəfiq edib. Suriya məsələsində isə ABŞ-ın məğlubiyyəti bəllidir. ABŞ Türkiyəyə qarşı çıxa bilmədiyi üçün terrora dəstək verir. ABŞ Suriya məsələsində Rusiya və Türkiyədən çox geri qalır. ABŞ-ın bu məsələdə artıq seçim etməsi lazımdır”.
Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz