İmpotentliyə qarşı unikal əməliyyat icra olundu

CC0 / rawpixel.com / sexПара в постели, фото из архива
Пара в постели, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Əməliyyatdan sonra erektil disfunksiya tamamilə aradan qalxır"

BAKI, 6 avqust — Sputnik. Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında kişilərin cinsi həyatına mane olan problem unikal üsulla aradan qaldırılıb. Ağır dərəcəli Erektil Disfunksiyadan (impotensiyadan) əziyyət çəkən xəstəyə üç hissəli şişirilə bilən penil protez implantasiya edilib. ATU-dan Sputnik Azərbaycan-a verilən xəbərə görə, ilk dəfə olaraq bu əməliyyat peno-skrotal üsulla (xayalıq kəsiyi ilə) icra olunub.

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında anadangəlmə ürək qüsuru olan daha körpə əməliyyat olunub - Sputnik Azərbaycan
Azərbaycan cərrahları "göy körpə"ni sağaltdılar

Əməliyyat uroloq-androloq, Azərbaycan Andrologiya Cəmiyyətinin sədri, professor İlham Əhmədov tərəfindən həyata keçirilib. Professor İ.Əhmədov deyir ki, üç parçalı penil protez implantasiyası heç bir müalicəyə tabe olmayan ağır formalı impotentliyin (erektil disfunskiya) yeganə və ən effektli müalicə üsuludur: "Əməliyyatdan sonra erektil disfunksiya tamamilə aradan qalxır. Əməliyyatdan sonrakı dövr ağırlaşmasız keçib və xəstə uğurla evə yazılıb. Penil protezlər zamanı ağırlaşma infeksiya ola bilər ki, buna görə hətta protezin çıxarılması da mümkündür".

Xəstənin cinsi orqanına yerləşdirilən penil protez üç hissədən - iki sintetik silindr, bir rezervuar və nasosdan ibarətdir. Bu tip əməliyyatlar Azərbaycanda ilk dəfə olaraq məhz İlham Əhmədov tərəfindən 2007-ci ildə həyata keçirilməyə başlayıb.

Xəbər lenti
0