CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xilasedicilər küləyin fəsadlarını aradan qaldırdılar

© © FHN-nin mətbuat xidmətiFHN-nin əməkdaşları güclü küləyin yaratdığı fəsadları aradan qaldırıblar
FHN-nin əməkdaşları güclü küləyin yaratdığı fəsadları aradan qaldırıblar - Sputnik Azərbaycan
Abunə olmaq
FHN əməkdaşları 7 mərtəbəli yaşayış binasının damına çıxaraq alkaponu kəsib kənarlaşdıraraq təhlükəsizliyi təmin ediblər

 

BAKI, 6 avqust — Sputnik. Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar xəttinə Bakı şəhərində güclü küləyin yaratdığı fəsadlar və dağıntılarla bağlı müxtəlif xarakterli müraciətlər daxil olub. Sputnik Azərbaycan-ın FHN-in rəsmi saytına istinadən xəbərinə görə, həmin müraciətlərə əsasən, 5 avqust 2019-cu il tarixində Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasedici qrupları müxtəlif səpkili xilasetmə və təhlükəsizlik əməliyyatları həyata keçiriblər. Belə ki, qeyd edilən tarixdə Bakı şəhər Nərimanov, Nəsimi və Yasamal rayonlarında ağacların aşması nəticəsində sakinlərin piyada və avtonəqliyyat vasitələri ilə sərbəst hərəkəti məhdudlaşıb. Hadisə yerinə gedən xilasedici qruplar təhlükəsizlik qaydalarına riayət etməklə ağacların qırılmış hissələrini doğrayaraq kənara çəkib və vətəndaşların təhlükəsiz hərəkətini təmin ediblər.

Bundan əlavə, paytaxtın Səbail rayonunda yerləşən Azərbaycan Dövlət Musiqili Teatrının binasının damında dəmir şiferin qopması nəticəsində bina sakinləri üçün təhlükəli vəziyyət yaranıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə dəmir şiferi kəsib kənarlaşdıraraq vətəndaşların təhlükəsizliyini təmin ediblər. Həmçinin, Nəsimi rayonu ərazisində çoxmənzilli yaşayış binasının damında külək nəticəsində alkaponun bir hissəsinin qoparaq asılı vəziyyətdə qalması bina sakinlərinin həyatı üçün təhlükə yaradıb. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri 7 mərtəbəli yaşayış binasının damına çıxaraq alkaponu kəsib kənarlaşdıraraq təhlükəsizliyi təmin ediblər.

Xəbər lenti
0