CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Xəbər saytları hansısa mənbədən fotonu götürərək istifadə edirlər"

© Sputnik / Nigar IskanderovaРауф Умудов
Рауф Умудов - Sputnik Azərbaycan
Abunə olmaq
"Bizim dövrümüzdə belə deyilirdi ki, sabah qəzetin üz qabığı üçün elə şəkil çək ki, bütün qəzetlərimiz satılsın"

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 6 avqust — Sputnik. Bu gün məşhur rusiyalı fotomüxbir Andrey Steninin Ukraynanın cənub-qərbində redaksiya tapşırığını yerinə yetirərkən faciəvi şəkildə həlak olmasından 5 il ötür. Bu hadisə ilə əlaqədar olaraq bu gün "Sputnik Azərbaycan" Multimedia Mətbuat Mərkəzində tədbir keçirilib.

Tədbirdə Azərbaycan fotojurnalistikasının problemləri də müzakirə edilib. Qeyd olunub ki, fotojurnalist hadisə ilə bağlı çəkdiyi kadrda müfəssəl məlumat verməlidir. Fotojurnalistika ilə məşğul olan şəxsin özünün yaradıcı olmasının mühüm amil olduğunu deyən Azərbaycan Fotoqrafları Birliyinin sədr müavini Rauf Umudov öncəki illərdən fərqli olaraq mövcud texnikanın daha keyfiyyətli bir əsər ortaya çıxarmağa imkan verdiyini vurğulayıb.

Rauf Umudov yerli mediada fotojurnalistikanın mövcud problemlərindən söz açıb: "Bu gün hətta xəbər saytları belə, fotoqrafa ehtiyac duymur. Xəbər saytları hansısa mənbədən fotonu götürərək istifadə edirlər. Bu isə fotojurnalistikaya soyuq münasibətin olmasının göstəricisidir. Düzdür, mən bütün redaktorları qınamaq istəmirəm. Amma düşünürəm ki, bu fotoqraflara iş verilərsə, onlar üçün vakansiya açılarsa, daha keyfiyyətli bir iş ərsəyə gətirmək olar. Eyni zamanda, bununla həmçinin fotojurnalistikaya da töhfə vermək olar. O zaman, bizim dövrümüzdə belə deyilirdi ki, sabah qəzetin üz qabığı üçün elə şəkil çək ki, bütün qəzetlərimiz satılsın".

Xəbər lenti
0