Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Professor Fars körfəzindəki gərginliyin neftin qiymətinə təsirlərini açıqladı

© Sputnik / Murad OrujovDövlət İqtisadiyyat Universitetinin professoru Elşad Məmmədov
Dövlət İqtisadiyyat Universitetinin professoru Elşad Məmmədov - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Elşad Məmmədov deyir ki, tankerlərin saxlanması, müəyyən vaxtlarda gərginliyin artması qiymətlərdə korreksiyalara səbəb ola bilər
Elşad Məmmədov: “ABŞ proseslərin hərbi münaqişəyə çevrilməsini istəməz”

“İran ətrafında baş verən proseslər neft qiymətlərinə təsir edən amillərdəndir”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov deyib.

Professor bildirib ki, müharibə ssenarisi işə düşməsə, neft qiymətlərində ciddi dəyişikliklər olmayacaq: “Düzdür, tankerlərin saxlanması, müəyyən vaxtlarda gərginliyin artması qiymətlərdə korreksiyalara səbəb ola bilər. Ancaq hərbi münaqişə olmasa, biz böyük dəyişikliklərin olacağını düşünmürük. Yaxın gələcəkdə isə hərbi münaqişə ssenarisi işə düşməyəcək. ABŞ istəməz ki, bu proseslər hərbi münaqişəyə çevrilsin. O zaman gözlənilməz fəsadlar baş verə bilər”.

Qeyd edək ki, bir neçə gün öncə İran Fars körfəzində, Farsi adası yaxınlığında ərəb ölkələrinə qaçaqmalçılıq yolu ilə yanacaq daşıyan xarici ölkəyə məxsus gəmini saxlayıb.

Professorun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0