BAKI, 6 avqust — Sputnik. Hindistanın kosmik agentliyi ("ISRO") Aya buraxdığı raket tərəfindən Yerin çəkilmiş fotoşəkillərini paylaşıb.
— ISRO (@isro) August 4, 2019
Sputnik Azərbaycan "ISRO"nun rəsmi "Twitter" səhifəsinə istinadən xəbər verir ki, agentlik iyulun 22-də Aya göndərdiyi raketə qoşulmuş "LI4" kamerası ilə 5000 kilometr məsafədən Yerin fotoşəkillərini çəkə bilib.
Qeyd olunur ki, 44 metr uzunluğu olan raket yalnız sentyabrın 7-dən sonra Ayın səthində oturacaq.
"Şəkillər çox aydındır və kosmik gəmi normal vəziyyətdədir", - ISRO sədri Kaylasavadivu Sivan "NDTV" kanalına deyib.