CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Evlənmək heç vaxt gec deyil – 50 il birlikdə yaşadılar, sonra ailə qurdular

CC0 / Pixabay / ringsNişan üzükləri, arxiv şəkli
Nişan üzükləri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Bəyin yaşı 96, gəlinin yaşı isə 93-dür

BAKI, 6 avqust — Sputnik. Qananın Akkra şəhərində 96 yaşlı kişi 93 yaşlı qadınla evlənib.

Sputnik Azərbaycan "Starr Fm Online" radiostansiyasının saytına istinadən xəbər verir ki, Ceyms K. Andorfal və onun arvadı Marqaret Manuel 1960-cı illərdə tanış olublar.

Onlar 50 ildən çox bir yerdə yaşayıb və doqquz uşaq böyüdüblər, lakin indi rəsmi olaraq ailə qurmaq qərarına gəliblər.

© starrfmCeyms K. Andorfal və onun arvadı Marqaret Manuel
Evlənmək heç vaxt gec deyil – 50 il birlikdə yaşadılar, sonra ailə qurdular - Sputnik Azərbaycan
Ceyms K. Andorfal və onun arvadı Marqaret Manuel

Qeyd edək ki, 2016-cı ildə Çində 114 yaşlı qadın və 71 yaşlı kişi evləniblər. Onların qocalar evində tanış olduğu bildirilir. Qadın ərə getməmişdən əvvəl uzun müddət şübhə edirmiş, lakin kişi təslim olmayıb və arzusuna çatıb.

Xəbər lenti
0