CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu məktəblərdə işləyən müəllimlərə əlavə pul veriləcək

Abunə olmaq
Müəllimlərin yaşı 35-dən çox deyilsə, seçilən vakant yerdə tətbiq olunan həvəsləndirmədən asılı olaraq hər ay əmək haqlarına H1-60 manat, H2-160 manat əlavə olunur

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 6 avqust — Sputnik. "Fənlər üzrə həvəsləndirmə tətbiq olunmaqla müəllimlərin işə qəbulu (MİQ) üzrə keçid balı müəyyən olunub". Bu barədə təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a məlumat verib.

O, qeyd edib ki, həvəsləndirmə rayon mərkəzindən 3 km-dən artıq məsafədə yerləşən kənd məktəbləri üçün nəzərdə tutulub: "Həvəsləndirmənin 2 (H1, H2) istiqaməti var. H1 (60 manat) rayon mərkəzindən 3 km-dən 20 km-ə qədər məsafədə yerləşən kənd məktəbləri üçün nəzərdə tutulub. H2 (160 manat) isə 20 km-dən artıq məsafədə yerləşən kənd məktəbləri üçün nəzərdə tutulub".

Ekspert əlavə edib ki, həvəsləndirmə MİQ müsabiqəsində iştirak edərək, H1 və ya H2 tətbiq olunan hər hansı məktəbə müddətsiz müqavilə əsasında işə qəbul olunanlara şamil edilir:

"Bundan başqa müəllimlərin yaşı 35-dən çox deyilsə, seçilən vakant yerdə tətbiq olunan həvəsləndirmədən asılı olaraq hər ay əmək haqlarına H1-60 manat, H2-160 manat əlavə olunur".

Xəbər lenti
0