CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıdakı ağır yol qəzası barədə rəsmi məlumat verildi

© Sputnik / Murad OrujovƏrazidəki təcili tibbi yardım və post patrul xidməti avtomobilləri
Ərazidəki təcili tibbi yardım və post patrul xidməti avtomobilləri - Sputnik Azərbaycan
Abunə olmaq
DİN Bakıdakı ağır qəza ilə bağlı məlumat yaydı

BAKI, 6 avqust — Sputnik. Daxili İşlər Nazirliyi avqustun 5-də saat 17 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində baş vermiş ağır qəza barədə məlumat yayıb.

Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, Bakı şəhər sakinləri İ.Əsgərovun idarə etdiyi "Mercedes" və N.Həşimovun idarə etdiyi "Nissan" markalı avtomobillər toqquşub. Nəticədə avtomobillərdə olan sərnişinlərdən Əjdər Xudaverdiyev və Əli Musayev ölüb, digər 12 sərnişin isə xəstəxanaya yerləşdirilib. Suraxanı RPİ tərəfindən araşdırma aparılır.

Xəbər lenti
0